Qadin.NET / Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək

Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək

Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək


Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqda danışarkən deyib.

O bildirib ki, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr ölkəmizdə dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqları Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək

30 may 2019
GO BACK