Myanmarın Moniva şəhərində yerləşən Laykyun Sekkya 116 metr hündürlüyü ilə dünyanın ən böyük ikinci heykəli hesab edilir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Qautama Buddanı təsvir edən heykəl həmçinin, dünyanın ayaq üstdə dayanan ən hündür Buddasıdır.
13,5 metr hündürlüyündə binanın üstündə yerləşən heykəlin inşasına 1996-cı ildə başlanılıb, 2008-ci ildə isə bitib.
Laykyunun yanında uzanmış formada başqa bir heykəl də yer alır. O isə dünyanın ən böyük uzanan heykəlidir.