Qadin.NET / Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB

Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB

Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB


Builki “Eurovision” qalibi Niderland 2020-ci ildə Amsterdamda gerçəkləşməsi gözlənilən müsabiqə ilə bağlı narahatdır.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, rəsmilər yarışmanın başqa bir şəhərdə keçirilməsini, ölkələrinin reklama ehtiyacı olmadığını deyir.

Niderland Beynəlxaq Turizm Agentliyi paytaxt Amsterdamın hazırda turist axınınıa məruz qaldığını, “Eurovision”  vaxtı isə bu axının daha da güclənəcəyini bildirir.

Müsabiqənin Rotterdam, Arnhem və ya Maastriçtə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Amsterdama gələn turistlərin sayı 2005-ci ildə 11 milyon, 2016-cı ildə isə 18 milyon olub. Yaxın 10 il içərisində ölkəyə 29 milyon turistin gələcəyi bildirilir

28 may 2019
GO BACK