Şamaxı rayonunun Dağ Göylər kəndində gecə saatlarında vulkan püskürüb.
Qadin.Net report-a istinadən xəbər verir ki, bu ərazidə soncucu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.
Yerin altından çıxan torpaq qatı, təqribən, iki hektar əraziyə yayılıb. Hazırda vulkan sakitləşib. Vulkan ərazisinə yaxın olan əkin sahələrinə heç bir ziyan dəyməyib.
Püskürmə sahələrinə yaxın olan heyvanların otlaq sahəsi isə yararsız hala düşüb.
Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir