Qadin.NET / Mehriban Əliyeva xalqı təbrik etdi

Mehriban Əliyeva xalqı təbrik etdi

Mehriban Əliyeva xalqı təbrik etdi


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva azərbaycanlıları 28 May – Respublika Günü münasibətilə təbrik edib.
Qadin.Net xəbər verir ki, Birinci vitse-prezidentin sosial şəbəkədə yazdığı təbrikdə deyilir:“Əziz həmvətənlər,Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm”.
28 may 2019
GO BACK