Qadin.NET / CeyLonun konsert üçün istək siyahısı

CeyLonun konsert üçün istək siyahısı

CeyLonun konsert üçün istək siyahısı


Məşhur ulduz Cennifer Lopez “It's May Party'” qastrol səfəri çərçivəsində Türkiyənin Antalya şəhərində də konsert verəcək.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 49 yaşlı ulduz "Regnum Carya" otelinin “Kral Villası”nda qalacaq. Bu otağın bir gecəlik qiyməti 25 min lirə, yəni 6000 manatdır. Bundan başqa Lopez aşağıdakı siyahını da təşkilatçılara təqdim edib:

1.Villada istilik 14 dərəcə olacaq.
2.Ağ rəngli dekorasiyadan istifadə ediləcək. 
3.Yataq otağında ağ qızılgül və zambaqlar olacaq. Qreyfrut və limon çiçəyi qoxulu şamlar yandırılacaq.
4.Otağında mütləq, şirniyyat, şokolad, çips, müxtəli meyvələr olacaq. Yeməklər villanın mətbəxində bişəcək.
5.Müğənniyə özəl idman otağı hazırlanacaq.

Qeyd edək ki, Cennifer iki saatlıq çıxışı üçün 2 milyon lirə, yəni 560 min manat qonorar qazanacaq

27 may 2019
GO BACK