Rusiyanın Birinci kanalında yayımlanan qalmaqallı "Səs uşaqlar- 2019" mahnı müsabiqəsinin yenidən finalı baş tutub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu dəfə şounun birincisi Erjan Maksim olub.
Çəkilişə bütün iştirakçılar qatılıb, lakin gecədə qalibiyyəti əlindən alınan Rusiya estrada ulduzu Alsunun qızı Mikella iştirak etməyib. O, İnstaqram səhifəsində post paylaşaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Mikella finalda ən çox - 61,8 faiz tamaşaçı səsi toplayaraq ad gününə üç gün qalmış yarışmanın qalibi seçilib. Tamaşaçıların böyük bir qismi Mikellanın bu qələbəyə layiq olmadığını, səsvermənin ədalətsiz keçirildiyini bildirib. Bəziləri isə yarışmanın finalının "alındığını" yazıblar. Daha sonra Birinci kanal araşdırma aparıb və yaydığı bəyanatda nəticələrin ləğv olunduğunu elan edib.