Qadin.NET / Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək

Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək

Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək


Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirəcək.

Muğam Mərkəzindən bildirilib ki, tədbir Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən reallaşacaq.

Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə gerçəkləşəcək yubiley gecəsində Seyid Şuşinskinin sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək.

Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertə giriş sərbəstdir.

27 may 2019
GO BACK