Bazar günü Yaponiyanın Hokkaydo adasında may ayı üçün görünməmiş istilər qeydə alınıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, ölkənin milli meteoroloji idarəsinin yaydığı məlumata görə, Saroma qəsəbəsində havanın temperaturu 39,5 dərəcəyədək yüksəlib. Həmçinin adanın cənubundakı dağlıq rayonda yerləşən Obixiro şəhərində temperatur son 127 illik rekordu yeniləyib. Günorta orada hava 38,8 dərəcəyədək qızıb. Sinoptiklər qeyd edirlər ki, Hokkaydo üçün hətta yay ayları üçün xarakterik olmayan yüksək hərarət isti küləklər və buludsuz havada parlaq günəş şüaları nəticəsində yaranıb.
Yaponiyanın digər rayonlarında da isti hava müşahidə olunur. Tokioda gündüz termometr 32 dərəcəni, qonşu Saytama prefekturasında isə 35,8 dərəcəni göstərib