Türkiyənin məşhur aktrisası Fatma Girik ən böyük qorxusundan danışdı.
Qadin.Net türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşilçam-ın əfsanələrindən sayılan Fatma Girik səhhətindəki irəliləşlə sevənlərini sevindirdi və "Ən böyük qorxum ağrı çəkərək ölməkdir!" dedi.
"Mən də ətdən, sümükdən ibarət insanam. Xəstəlik hər kəsin başına gəlir. Həyatda ən böyük qorxum ağrı çəkərək ölməkdir. Allah canımı ağrısız alsın".
Qeyd edək ki, aktrisa yaxın zamanda əməliyyat olunub.