Qadin.NET / BÜRCLƏR bizə nə vəd edir? -26 MAY

BÜRCLƏR bizə nə vəd edir? -26 MAY

 

BÜRCLƏR bizə nə vəd edir? -26 MAY



 

Qoç - gün sakitlik, rəvanlıq, sevinc vəd etmir. Maraqlandığınız məsələni araşdırın, gərəkli işlə məşğul olun. Yaxın ətrafınızdakı insanların sizi işdən ayırmalarına imkan verməyin.

İddia və tələblər çox olacaq. Məqsədə çatmaq üçün var qüvvənizlə çalışın, geriləməyin.
Tanıdığınız insanlardan biri sizi təəssüfləndirəcək.

Münaqişə və sərt mübahisə də istisna deyil.
Bununla belə, etibarlı insanla gerçək əməkdaşlıq və tərəfdaşlıq möhkəmlənəcək, təmaslar daha da səbatlı olacaq.

Ümumi planı müzakirə etmək olar.
İmic dəyişəcək. Yeni obraz formalaşdıraraq məqsədlərinizə çatmaq üçün optimal variantı seçin.

Buğa - rəğbət və antipatiya hissləri güclənəcək. Emosiyalarınıza hakim olun. Təmkinli davranın, hövsələsiz olmayın, düşünülməmiş addımlar atmayın.

Hər şey plana uyğun getmirsə, təlaşa düşməyin. Stabil, yoxlanmış, etibarlı və cari variantı seçərək yolunuza davam edin. Real nəticələr əldə etməyə çalşın.

Günün ikinci yarısında ehtiyatlı, diqqətli olun.

Dostlarla münasibətlər aktivləşəcək. Onlardan qəfil xəbər, dəvət, vaxtı maraqlı keçirməklə bağlı təklif ala bilərsiniz.

Bununla yanaşı, dava, mübahisə, yorğunluq, tələsik nəticələr, tənha qalmaq ehtiyacı yarana bilər.

Axşam saatı ağlınıza gələn orijinal ideyaları unutmayın.

Əkizlər - göstəriş və əmr verməyin. Yaxın ətrafınızdakı insanlara dediklərinizin məntiqli və ağlabatan olmasına çalışın.

Fikir müxtəlifliyi, mübahisələr və emosional durumda hərə öz yerində olmalıdır. Anlaşmanın şərtlərini, razılaşmanı və ya təlimatı pozmayın.
İşin effektivliyi qeyri-rəvan ola bilər.

Yaranmış şəraitdən istifadə edərək resursları və qüvvənizi artırın. Yorulduğunuzu hiss etsəniz, dincəlin.
Düşünülməmiş addımlar atmayın. Yaşam müvazinətini poza biləcək sirləri faş etməyin. Təsadüfi olmayan təsadüflər silsiləsindən görüş və ya hadisə istisna deyl.

Yaşam seçim qarşısında qoyursa, praqmat və rasionalist olun. Emosional təzyiq duymayın.

Xərçəng - daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.

Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.

İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər.

Axşam saatlarında açıq havada gəzintinin xeyri var.
Səhhətinizə diqqət verin.
Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.

Şir - diqqətiniz dağınıq olmasın, eyni vaxtda bir neçə obyekti sürəkli nəzarətdə saxlamağa can atmayın. Maraqlarınız sürətlə dəyişəcək, aldığınız məlumat və xəbərlər isə sizi cari işlərdən ayıracaq.

Görüş, mühüm məlumatın alınması, spontan toplantı və vizit istisna deyil.
Aşkar praktiki mənası olan işlə məşğul olun, xəyallar aləminə dalmayın. İntellektual və praktiki fəaliyyətin xüsusi mənası var.

Günün ikinci yarısında özünüzə vaxt ayırın.
İmicinizin qeydinə qalın, açıq havada gəzişin, sizə xoş insanlarla ünsiyyətdə olun, maraqlı kitab alın.

Şəxsi münasibətlər müstəvisində hissləri ayrıd etmək üçün yaxşı vaxtdır.

Qız - danışıqlar və ya görüşlər hansısa məsələnin maddi yönünü ön plana çıxara bilər. Həmsöhbətin zahiri görünüşü və sözlərinə aldanmayın.

Məntiqli davranın, mahiyyətini dərhal anlamadığınız hadisələrin məğzinə varmağa çalışın. Fəaliyyət və rolları inandığınız insanla müzakirə edərək razılaşdırın.

Yaşanan şərait sizi ön plana çıxararaq gözə görünən edəcək və bundan da yararlanmaq sizə qalır. Çünki indi baş verənlərin perspektivləri ümidlər, irəliləyiş və inkişaf vəd edir.

Bilik və bacarıqlarınızı nümayiş etdirin. Danışıqlar aparın, perspektivlərin genişləndirilməsi məsələləri ilə məşğul olun.

Günün ikinci yarısında nikbin olaylara can atın.
Axşam saatlarında dostlarla bir araya gəlin.

Aktiv olun. Planınıza riayət edin ki, mümkün qədər çox iş görə biləsiniz.

Tərəzi - yaxın perspektivlə bağlı planların hazırlanmasına və təhlilinə vaxt ayırın. Məlumat toplamaq, faydalı əlaqələr qurmaq və ya mövcud münasibətləri möhkəmləndirməklə məşğul olun. İdeyalarınız dəstək, təşəbbüsləriniz isə təqdir ala bilər.

Həmkarlarla qeyri-rəsmi münasibətlərdə xeyir var.
Sizi maraqlandıran şəxsi məsələni çözmək şansı yaranıb. Lakin şəraiti diqqətlə izləyin və əlverişli məqamın yarandığnı hiss edin.

Təhsil, tədris, idman, səfər, mədəni tədbirlər və əyləncə üçün yaxşı vaxtdır.
Şəxsi münasibətlər müstəvisində inkişaf gözlənilir.

Əqrəb - iş və ya layihənizin yarımçıq qalan hissəsini başa vurun. İşlərin başa çatmaqda olduğunu, həyatınızda düzən və qaydanın möhkəmləndiyini hiss etmək üçün gərəkli qərarlar qəbul edin.

Poçt qutularını yoxlayın, hadisələrin mərkəzində olun.
Yaşananlara vaxtında reaksiya verin, münasibət bildirin. Əlavə iş, ideya, yükdən qaçmayın.

Borcları qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq üçün əlverişli vaxtdır.
Yaşamınıza daxil olan insanlar təsadüfi fiqurlar deyil. Münasibətlər və əməkdaşlğın yeni formalarının əsası qoyulur.

Səhhətinizin profilaktika, normal yuxu və vitaminlərə ehtiyacı var.

Oxatan - bu günün uğuru həmkar və tərəfdaşlarla münasibətlərin gedişatından asılıdır. Gərəkli bildiyiniz işin görülməsinə yaxın ətrafınızdakı insanları da ruhlandırmağı bacarın.
Gününüz boz və maraqsız olacaq.

Günün ikinci yarısında əzm və qəiyyətlə çalışaraq böyük iş görmək, həmfikirlərlə birlikdə mətiqi nəticəyə gəlmək olar.

Standart olmayan qərarlar uğur vəd edir. İşgüzar təkliflər və sövdələşmləri ilkin razılaşmalara ehtiyac duymadan qəbul edin.

Şəxsi münasibətlər müstəvisində romantik tədbirlər, görüş, danışıqlar üçün uğurlu vaxtdır. Axşam saatları gözəl jestlər edin, səxavətli olun.

Oğlaq - yeni işlər, layihələr, danışıqlar, ailə müzakirələri üçün əlverişli gündür. Ənənəvi rituallara, cari işlərin rutin axarına riayət etsəniz, vəziyyət pozitiv olacaq.

Həmsöhbətin əhvalındakı nüanslara diqqət yetirin. Mövqeyinizi əsaslandırın, təzyiqə və sərt təsirə əl atmayın.

Güc, qüvvə və potensialınızdan maksimum istifadə etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlara həddən ziyadə təsir göstərərək onların işlərinə kobud müdaxilə etməyin. Planlaşdırdığınız işlə bağlı nigaranlıq olarsa, təlaşa düşməyin.

Bütün imkanlardan eyni vaxtda yararlanmağa can ataraq yolunuzdan sapmayın. Əsas işə diqqət ayırın və onu inkişaf etdirin.
Alış-veriş üçün uğurlu gündür.

Dolça - görüş və tanışlq, təklif və etiraf yaşamınızdakı olaylara çox ciddi təsir edə bilər. Yeni əlaqələr sizi maraqlandırırsa, hadisələrin mərkəzində olmağa çalışın.

Praktiki işlər üçün uğurlu dönəmdir. Yaradıcı layihələrdə gərəkli məqamı aşkarlayaraq işləri məntiqli şəkildə başa vurmağa çalışın.
Bəzi işlərdə xüsusi məna ola bilər.

Valideynlər üçün uşaqların tərbiyəsi baxımından önəmli vaxtdır. Uşaqlarla ünsiyyətdə yaradıcı məqamları və ümumi maraqları tapın.

Bütün işlərdə nüanslar, səbr və qayğı çox vacibdir.
Səhhətinizə diqqət yetirin, profilaktiki tədbirlərlə məşğul olun.

Balıqlar - cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək.

Maddi və fiziki resurslarınızı tükətməyin.
Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz.

Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.
Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun

25 may 2019
GO BACK