Türkiyənin pop ulduzu Sinan Akçıl həyat yoldaşı Burcu Kıratlıdan boşanacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Akçıl bu mövzuda danışmağın düzgün olmadığını vurğulayıb: "Bunlar şəxsi məsələlərdir, öz aramızda həll etməyə çalışırıq. Bir müddət ayrı evlərdə qaldıq, amma hazırda bir yaşayırıq. Önəmli olan daxili sakitlikdir. Bu müddət ərzində nə onun, nə də mənim üzülməyimi istəyirəm"