Qadin.NET / Mehriban xanım və Leyla Əliyeva iftar mərasimində - FOTO

Mehriban xanım və Leyla Əliyeva iftar mərasimində - FOTO

Mehriban xanım və Leyla Əliyeva iftar mərasimində - FOTO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət ediliblər.

İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildiriblər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndiriblər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzulayıb.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxunub

Mehriban xanım və Leyla Əliyeva iftar mərasimində - FOTO


24 may 2019
GO BACK