Qadin.NET / 3 yaşında şahid olduğu cinayətin üstünü 26 il sonra açdı_FOTO

3 yaşında şahid olduğu cinayətin üstünü 26 il sonra açdı_FOTO

3 yaşında şahid olduğu cinayətin üstünü 26 il sonra açdı_FOTO


ABŞ-da 3 yaşında olarkən atasının anasını öldürməsinə şahidlik edən, lakin heç kəsi inandıra bilməyən Aron Frazer 26 il sonra cinayəti sübut edib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Floridadakı evin bağından anasının cəsədinin sümüklərini tapan Frazer atasını ömürlük həbsə məhkum etdirib.

Aron Frazer 3 yaşında olarkən anası Bonni Haym gözlənilmədən yoxa çıxır. Aron günahkarın atası olduğunu sübut etməyə çalışır, amma heç kəs inanmır. Çünki ata Haymı ittiham edəcək sübut yox idi. Arona isə bu olaydan sonra övladlıq verildi və soyadı Frazer olaraq dəyişdirilir. Lakin məhkəmə yolu ilə doğma atasının mülkü üzərində sahiblik haqqı ala bilir.

2014-cü ildə evin arxasındakı bağda qazıntı işləri aparıldığı vaxt insan sümükləri və babası Maykl Haymın tüfəngində istifadə edilən mərmi tapılır. Sümüklərin analiz edilməsindən sonra itkin düşən Bonni Hayma aid olduğu anlaşılandan sonra dosyelər yenidən açılır.

Aronun atası olaydan 26 il sonra həbs edilir. Aron Frazer qərarın açıqlandığı məhkəmə prosesində anasını atasının öldürdüyünü həmişə bildiyini və nəhayət, ədalətin öz yerini tapdığını deyir

3 yaşında şahid olduğu cinayətin üstünü 26 il sonra açdı_FOTO


23 may 2019
GO BACK