Qadin.NET / DİQQƏT! Sabahdan 8 marşrut avtobusunun yolu dəyişdirilir

DİQQƏT! Sabahdan 8 marşrut avtobusunun yolu dəyişdirilir

DİQQƏT! Sabahdan 8 marşrut avtobusunun yolu dəyişdirilir


Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq

22 may 2019
GO BACK