Qadin.NET / Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyevin birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır.

Dövlətimizin başçısı və birinci xanım buradan paytaxtın mənzərəsini seyr ediblər.

Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb, burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

Dövlətimizin başçısına Hüseyn Cavid parkı-Nərimanov prospekti ilə bağlantı yolu və Cavanşir yol ötürücüsünün yerində inşa olunacaq yeni eyni səviyyəli yol qovşağının tikintisi layihəsi barədə də məlumat verilib.

Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Bu istirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədilə yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa olunub. Ərazidə bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.

Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb.

Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib.

Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

Dövlətimizin başçısı və xanımı vətəndaşların problemləri ilə tanış oldular. Bildirildi ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.

Sonda xatirə şəkli çəkdirilib

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO

Prezident xanımı ilə parkın açılışında - FOTO


22 may 2019
GO BACK