"Diriliş Ertuğrul" serialının baş rol ifaçısı Engin Altan Düzyatan serialın pərəstişkarı olan Mesut Özilə toy hədiyyəsi verib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, aktyor serialda geyindiyi zirehli kostyumu futbolçuya hədiyyə edib.
Mesut Özil serialı izləyərkən Londondakı evindən tez-tez sosial şəbəkədə paylaşım edib və hətta nişanlısı Gülşe Amine ilə birlikdə serialın çəkiliş meydançasına da gedib. Mesut bildirib ki, yaxın dostunun hədiyyə etdiyi kostyumu Londondakı bir çox Osmanlı dövrünə aid sənət əsərlərini saxladığı lüks mülkündə saxlayacaq.
Qeyd edək ki, Özilin Londondakı mülkünün dəyəri 35 milyon avrodur