Qadin.NET / İyunda 5 gün iş olmayacaq-SƏBƏB

İyunda 5 gün iş olmayacaq-SƏBƏB



Bu il iyun ayında ölkədə 5 gün qeyri-iş günü olacaq.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 5 və 6-sı Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü şənbə gününə təsadüf etdiyi üçün iyunun 17-si də iş olmayacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15, 16, 17-si ölkədə qeyri-iş günüdür

22 may 2019
GO BACK