Dünyanın ən gözəl aktrisalarından sayılan Monika Beluççi iki dəfə ərdə olub. Məşhur aktyor Vensan Kassellə nikahdan iki qızı dünyaya gəlib. Kiçik qızı Leoninin heç 10 yaşı tamam olmayıb.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, indi Monikanın gözəlliyini böyük qızı Deva Kassellə çox müqayisə edirlər. Qərb mətbuatında bu haqda müxtəlif yazılar gedir. "Dolce&Gabbana"nın reklam kampaniyasının ulduzuna çevrilən 19 yaşlı modelin anasından çox şey götürdüyünü düşünürlər.
Deva sosial şəbəkələrdə anası ilə birlikdə çoxlu şəkillərini yerləşdirir. Bu günlərdə "Instagram"da belə foto gözə dəyir. Deva şəklini anasının cavanlıq fotosu ilə müqayisə edir. Çoxluq bu fikirdədir ki, yaman oxşayırlar.
Fransanın "Voici" qəzetinin yazdığına görə, 54 yaşlı aktrisa bu müqayisələrdən xəbərdardır və çox fəxr edir. Sosial şəbəkələrdəki rəylərdə hər ikisinin ilahi gözəlliyi olduğunu bildirirlər