Qadin.NET / "Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?

"Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?

"Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?


"Taxt oyunları" teleserialının pərəstişkarlarının HBO telekanalından səkkizinci mövzümün yenidən çəkilməsini tələb etdikləri petisiya artıq bir milyondan çox imza toplayıb.

Qadin.Net bildirir ki, oxu.az bu barədə petisiyanın yerləşdirildiyi change.org saytındakı sayğaca istinadən xəbər verir.

Petisiya mayın 16-da yerləşdirilib və cəmi iki gün ərzində bir milyondan artıq imza toplayıb.

Petisiyanın tərtibatçıları Devid Benioff və Deniel Brett Vayssın (serialın müəllifləri) əllərində müraciət üçün ilkin material (yəni kitab) olmadıqda səriştəsiz müəlliflər olduqlarından şikayətləniblər.

"Bu serial mənası olan sonuncu mövsümə layiqdir", - petisiyanın tərtibatçıları bildiriblər.

19 may 2019
GO BACK