Qadin.NET / Çingiz çıxışdan əvvəl müraciət VİDEOsu paylaşdı

Çingiz çıxışdan əvvəl müraciət VİDEOsu paylaşdı

Çingiz çıxışdan əvvəl müraciət VİDEOsu paylaşdı


"Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev video müraciət ünvanlayıb.

Qadin.Net axşam.az-a istinadən bildirir ki, müğənni dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan səs istəyib:

"3 ay tez gəldi keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi 3 dəqiqəyə görədir. Bu 3 dəqiqə gəlib çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin".

Qeyd edək ki, "Eurovision"ın finalı saat 23:00-da İTV-də canlı yayımlanacaq. Çingiz "Truth" mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq

Çingiz çıxışdan əvvəl müraciət VİDEOsu paylaşdı


18 may 2019
GO BACK