26 yaşlı müğənni Selena Qomez Kann festivalında iştirak etmək üçün Lazur sahillərindədir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bundan istifadə edən "Puma" brendi ona reklam təklifi göndərib.
Kameralar qarşısına keçən müğənni müxtəlif geyimlərdə fotolar çəkdirib.
"Bu kolleksiyaya aşiqəm. O mənim həyatıma ilham verir" deyə, Qomez bildirib.
Qeyd edək ki, bu ifaçının adıçəkilən brendlə ilk əməkdaşlığı deyil. O, daha əvvəllər də reklam üçün kameralar qarşısına keçib