Sonuncu fəfə İngiltərənin ITV kanalında yayımlanan “The Jeremy Kyle Show”un qonağı olan musiqiçi Stiv Daymond intihar edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb həmin verilişdə 63 yaşlı sənətçinin “Yalan maşını"nda həyat yoldaşının aldatmasının ortaya çıxması olub.
Həyat yoldaşının proqramdan sonra ondan ayrılması Daymondu depressiyaya salıb. O, yüksək dozalı narkotik qəbul edərək, intihar edib.
Hadisə İngiltərə parlamentində də müzakirə edilib. 2005-ci ildən bugünədək 3 min bölümü yayımlanan və ən reytinqli veriliş olan proqram kanal tərəfindən bağlanılıb