Bu yaxınlarda keçmiş sevgilisi Efe Güray ilə şəklini instaqram hesabında paylaşan Beren Saata anası Nil Ayata şərh yazıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, anası illərdir keçmiş sevgilisini unuda bilməyən aktrisaya təsəlli verib.
“Səni çox sevirəm gözəl qızım. Oğlum dünyaya gəlməsi ilə mənə ən yaxşı Analar Günü hədiyyəsi etdi. Təəssüf ki, artıq sadəcə ürəyimizdədir" , - deyə Nil Ayata qeyd edib.
Beren Saat fevralın 26-da İnstaqramda doğum günündə aşağıdakı sözləri paylaşmışdı:
"Qədəm qoyduğum ən qaranlıq doğum günüm olduğunu düşündüyüm anda Efeylə “Hero” mahnımız birdən mətbəxdəki radioda səslənməyə başlayanda, ruhuma yenidən işıq yayıldı. Məncə həyatımın ikinci yarısı daha gözəl olacaq. Həyatın mənim üçün inci kimi sıraya düzdüyü zədələrdən sonra bunu gözləyir və ümid edirəm".
Məlumat üçün bildirək ki, bir müddətdir cütlüyün boşanacağı deyilsə də, Kənan Doğulu yayılan xəbərləri inkar edir