Heyli Boldvinlə evlənən məşhur müğənni Castin Biberin hələ də eks-sevgilisi Selena Qomezdən qopa bilmədiyi iddia olunur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, “Radaronline”nın iddiasına görə, Heyli bir müddətdir ərinin Selena ilə yazışdığının fərqinə varıb. Əvvəlcə bunu sakit qarşılayan 22 yaşlı model daha sonra Qomezlə əlaqə saxlayıb.
O, müğənniyə “Ərimdən əl çək” kimi sözlər deyərək, hiddətlənib. Selena isə onun əsəbinə gülməklə qarşılıq verib.
Cütlüyə yaxın mənbələr söyləyir ki, Qomez Biberin onu hələ də sevdiyindən əmindir. O, düşünür ki, Castin Heylidən ayrılacaq və yenidən Selena ilə münasibətinə davam edəcək.
Qeyd edək ki, Heyli və Castin cütlüyünün anidən başlayan sevgisi onların yaxın ətrafını narahat edir və bu evliliyin uzunmüddətli olmayacağı iddia olunur