Qadin.NET / Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO

Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO

Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO


Xəbər verdiyimiz kimi, dünən Kann Kino Festivalının açılış mərasimi baş tutub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, açılışda aktrisa Dilan Çiçək Dənizlə Məryəm Üzərli də iştirak edib. Hər iki aktrisa gecədə geyimləri ilə böyük diqqət toplayıb.

Hakan Yıldırım imzalı mavi libası ilə qırmızı xalçada poza verən Dilan Çiçək Dəniz “Messika” zərgərlik evinin özəl zinət əşyası ilə diqqət mərkəzində olub. O, obrazını hər biri diqqətlə seçilmiş 25 ədəd damla şəklində brilyantdan hazırlanan, 800 min avroluq boyunbağı, sırğa və bilərziklə tamamlayıb. Aktrisanı qırmızı xalçada mühafizəçilər qoruyub.

Məryəm Üzərli isə hər zamankı kimi geyimi ilə gündəm yarada bilib. Şəffaf ziyafət libasında fotolarını paylaşan ulduzun bu geyimi bir qrup modapərəstlər tərəfindən bəyənilsə də, digər qrupun kəskin tənqidi ilə qarşılaşıb

Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO

Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO

Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO


15 may 2019
GO BACK