Fox TV-də yayımlanan "Yasak Elma"nın baş qəhrəmanları serialdan uzaqlaşır.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli layihənin Zeynebi Sevda Erginci və Alihanı Onur Tuna gələn həftə efirlə vidalaşır.
Buna səbəb iki ulduzunun ssenariyə uyğun olaraq həyat hekayəsinin bitməsidir. Onlar 46-cı bölümdə sonuncu dəfə tamaşaçı qarşısına çıxacaqlar.
Bu məqamda bildirək ki, vidalaşan qəhrəmanların yerinə Nəsrin Cavadzadə və Ege Kökenli seriala daxil edilib