Qadin.NET / Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO

Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO

Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO


Hitlerin cəsədi Danimarka sahillərində sualtı gəmidə ola bilər.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Hitlerin konvoyu"ndan olan məşhur sualtı gəmi Skandinaviya ölkəsinin sularında aşkar edilib.

Tədqiqatçıların fərziyələrinə əsasən, Hitler Berlindən məhz bu qayıqla qaça bilib. Onların fikrincə, 9 may 1945-ci ildə iqamətgahının yaxınlığında tapılan isə onun oxşarının cəsədi idi.

Nəşr yazır ki, tapıntı Danimarkanın Skaqen şəhərindən 10 dəniz mili şimalda aşkar edilib. 6 may 1945-ci ildə Britaniyanın "B24 Liberator" adlı ağır bombardmançısı "Hitler Konvoyu"na aid sualtı gəmini məhz burada məhv edib.

Dənizin dibinin skan edilməsi göstərib ki, sualtı gəmi hazırda 123 metr dərinlikdə yerləşir və onu tədqiq etmək çətindir.

Tədqiqatçıların ehtimalına görə, sualtı gəmidə general Borman və faşist dövlətinin başçısı Adolf Hitlerin qalıqlarının olması mümkündür.

Hazırda tədqiqat qrupu bu layihə üçün vəsait toplayır.

12 may 2019
GO BACK