Qadin.NET / Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO

Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO

 

Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO

Şahzadə Harri və Meqan Marklın körpəsinin daşıyacağı "titul" məlum oldu

Xəbər verdiyimiz kimi may ayının 6-sı şahzadə Harri və xanımı Meqan Marklın ilk övladı doğuldu. 

Qadin.Net xəbər verir ki, ilk gündən hər kəsi maraqlandıran sual körpənin adının nə olacağı və hansı titula sahiblənəcəyi idi.

Cütlük körpənin adını mayın 7-si elan etdi: Arçi Harrison Mauntbetten Vindzor.

Kral ailəsində tarixə nəzər salsaq Arçi adına ayrıca rast gəlinmir. Arçi adı Arçibald adının qısaldılmış forması sayılır. Bu ad əsasən Britaniyada məşhurdur. 

Körpənin tituluna gəlincə, BBC-nin açıqlamasına görə körpənin şahzadə titulu olmayacaq. Krallıq qanunlarına əsasən şahzadə titulu yalnız ailənin ilk övladına və onun uşaqlarına verilir. Yəni şahzadə Ulliam və Keyt Middltonun övladları rəsmi olaraq şahzadə titulu daşıyırlar. Meqan və Harrinin yeni doğulan körpəyə isə cənab Arçi Harrison deyə müraciət ediləcək. 

Qeyd edək ki, Arçi Harrison babası, əmisi, əmisi uşaqları və atasından sonra taxta yeddinci namizəddir. 

 

Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO

 

Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO

 

12 may 2019
GO BACK