Qadin.NET / Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO


Bu gün Heydər Əliyev Fondunun yaranmasının 15 ili tamam olur.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır. Fond xüsusən əhalinin qayğıya ehtiyacı olan təbələri – məcburi köçkünlər, əlillər, şəhid ailələri, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həlli istiqamətində mühüm addımlar atır.

Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirməkdir

Həmçinin Fond yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərir.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımdan mühüm işlərə imza atıb. Respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq, elmi tədqiqatların aparılmasına yardım göstərmək, - xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, - Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək də Fondun əsas məqsədləri sırasındadır

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO

Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO


10 may 2019
GO BACK