Bakıda daha bir hind toyu baş tutub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Maniş və Barha adlı cütlüyün toyu "Bilgah Beach Hotel"də keçirilib.
Əcnəbi qonaqların bol olduğu dəbdəbəli toydan görüntülər sosial mediada yayılıb. Hindistan adət-ənənələrinin yer aldığı məclisə cütlüyün 5 milyon xərclədiyi iddia edilib.
Üç gün davam edən toydan görüntüləri təqdim edirik:
Qeyd edək ki, bundan əvvəl də Bakıda iki hindlinin toyu olmuşdu. Beş gün davam edən məclis səs-küy yaratmışdı.