Qadin.NET / Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu

Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu

Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu


BBC-nin aparıcısı Denni Beyker şahzadə Harri və Meqan Marklın yeni doğulmuş oğlu barədə qeyri-korrekt sözlərinə görə işdən çıxarılıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə “Tvitter” hesabında yazıb. Qeyd edib ki, “axmaqcasına” yazmış olduğu tvit səbəbindən işdən qovulub. Aparıcı tvitini silib, üzr istəyib, amma bu da ona kömək etməyib.

Qeyd edək ki, aparıcı mayın 8-də şahzadənin yeni doğulmuş oğlunu şimpanze ilə müqayisə edib.

BBC korporasiyası isə jurnalistin hərəkətini ciddi bir səhv kimi qiymətləndirib və onun artıq həftəlik proqramı aparmayacağını bildirib

9 may 2019
GO BACK