Qeyd etdiyimiz kimi bir neçə gün əvvəl uşaqları dünyaya gələn məşhur cütlük - aktyor Tolgahan Sayışman və müğənni Almeda Abazi xəstəxana çıxışında görüntülənib.
Qadin.Net bildirir ki, Abazi KİV nümayəndələrinə açıqlamasında həyəcanlı olduğunu bildirib.
"Çox xoşbəxtəm, elə bil buludların üstündəyəm. Uşağı ilk dəfə görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm. Ona da bunu dedim. Elə bil qucağıma balaca Tolgahanı verdilər. Hətta, qan qrupları belə eynidir"- deyə Almeda qeyd edib.
Xatırladaq ki, məşhur cütlük körpənin adını Efecan qoyublar.