Avqust ayından etibarən Azərbaycan və Türkiyə Bakı-Ankara marşrutu üzrə sərnişin qatarı işə salacaqlar.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, artıq iki ölkə arasında bununla bağlı müvafiq razılıq əldə edilib.
Qatar avqustda yola düşəcək, həftədə bir dəfə hər istiqamətə gedəcək. Qatar təxminən 40 saata yolu qət edəcək.
Bilet qiymətlərinə gəldikdə, vaqonunun siniflindən aslı olaraq biletin qiyməti 50-dən 120 avro (100 - 240 AZN) təşkil edəcək.