Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.
Qadin.Net axşam.az -a istinadən xəbər ki, bu barədə aktyor öz video-müraciətində bildirib. O, mənzillə bağlı dövlət başçısına ərizə ilə müraciət etdiyini bildirib:
“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Cənab Prezidentə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Q.İsmayılov buna qədər kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib