Qadin.NET / "Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO

"Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO



Çinin nəhəng "Xiaomi" şirkəti 19 dollara təklif edilən yeni "ağıllı" "Xiaomi Ninestars Smart Trash Can" zibil vedrəsini təqdim edib.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, zibil qabı səssiz açma və bağlamanı təmin edən birdüyməli intellektual idarəetmə mexanizmi ilə təchiz olunub.

Bildirilir ki, tutumu 10 litr təşkil edən vedrədə qoxunun yayılmasının qarşısını alan germetik strukturdan istifadə edilib. Şirkət tərəfindən qapağın səssiz açılma və bağlanmasına görə məsuliyyət daşıyan yeni səssiz mühərrik və "ağıllı" prosessor tətbiq olunub. İnfraqırmızı tanıma sistemi sayəsində qapaq əl yaxınlaşan zaman avtomatik açılır ki, bu da bakteriyaların ötürülməsi riskini azaltmağa imkan verir. Ötürücülər 30 sm məsafədə işə düşür. Vedrənin işi üçün 2 batareya tələb olunur.

Tərtibatçıların sözlərinə görə, "Xiaomi Ninestars Smart Trash Can" zibil qutusu qoxunun qarşısını alan mexanizmə malik olsa da, içindəki torbanın avtomatik yığılması və dəyişdirilməsini dəstəkləmir.

8 may 2019
GO BACK