Qadin.NET / Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO

Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO

Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün şahzadə Harri və Meqan Marklın oğulları dünyaya gəlib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, şahzadə doğumdan sonra müsahibə verib.

"Biz sağlam və gözəl övlada sahib olduq. Ana və körpə özlərini yaxşı hiss edirlər. Bu mənim həyatımdakı ən gözəl təcrübədir" deyə o, bildirib.

Şahzadə uşağın adı haqqında da fikirləşdiklərini deyib. Meqan və körpə iki gündən sonra ictimaiyyət qarşısına çıxacaq.

"Bu mənim və Meqanın həyatında bir ilkdir. Mən öz xanımımla fəxr edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Özümü göyün yeddinci qatında hiss edirəm" deyə, o, bildirib.

Qeyd edək ki, Meqan uşağı hələlik adı açıqlanmayan xəstəxanada dünyaya gətirib. Onlar artıq evə buraxılıblar. 

7 may 2019
GO BACK