Qadin.NET / Yeyilən su-unikal ideya

Yeyilən su-unikal ideya

Yeyilən su-unikal ideya


Ötən il keçirilən London marafonundan sonra ətrafda yaranan plastik şüşə çirkliliyi təşkilatçılarda böyük narahatlığa səbəb olmuşdu.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu problemin qarşını almaq istəyən təşkilatçılar bu dəfə iştirakçılara yeyilə bilən su kapsulaları paylayıblar.

Hər il on minlərlə idmançının iştirak etdiyi  London marafonunda bu il bir ilk yaşanıb. İdmançılara qaçış zamanı plastik şüşədə olan sular əvəzinə dəniz yosunundan hazırlanmış yeyilə bilən su kapsulaları verilib. Yeni "Ooho" adlı su kapsulaları "Skipping Roks Lab" tərəfindən inkişaf etdirilib.

Dəniz yosunlarından istifadə edilərək hazırlanan kapsulalar  şəffafdır, dadsızdır və ağızda rahatlıqla əriyə bilir. Əgər istifadə edilməsələr, 4 və 6 həftə ərzində öz-özünə məhv olur.

Qeyd edək ki, 2018-ci ildə baş tutan  London Marafonunda 920 min plastik şüşə istifadə edilmişdi. Hazırlanan bu kapsulalar vasitəsi ilə  bu rəqəm 2019-cu ildə  720 minə qədər düşüb.

5 may 2019
GO BACK