Qadin.NET / BÜRCLƏR bizə nə vəd edir? - 4 MAY

BÜRCLƏR bizə nə vəd edir? - 4 MAY

BÜRCLƏR bizə nə vəd edir? - 4 MAY


Qoç - Gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır.

Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər.

Buğa - Çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız.

Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Bir çox Buğaların əla əşyalar əldə etmək şansları var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər.

Əkizlər - Bu gün çox ciddi problemləriniz ola bilər. Bunların ən başlıcası isə qeyri-sabit emosional vəziyyətinizdir. Bu səbəbdən Əkizlərin çoxu vacib olanı ikinci dərəcəlidən ayıra bilmir, ən xırda hadisə isə onlara fəlakət kimi görünür.

İş ortaqlarınızla fikir ayrılıqları yaranır. Ümumi işin zərərinə olsa da, öz nöqteyi-nəzərinizi müdafiə edirsiniz. Maliyyə itkiləri mümkündür. Nə özünüzün, nə də başqasının biznesinə yatırım edin.

Xərçəng - Bu gün dünənkindən bir qədər sönük və sakitdir. Öz işlərinizlə məşğul ola bilərsiniz. Kimsə sizə mane olub işinizdən ayırmayacaq. Maraqlı təkliflər ala bilərsiniz. Amma hələlik bunlar konkret deyil, odur ki, onların üzərində baş sındırmağa dəyməz.

Günün ikinci yarısı istirahət, səfərlər, şəraitin dəyişməsi, ziyafətlərdə iştirak üçün yaxşıdır. Sizə pozitiv emosiyalar lazımdır. Onları alan kimi həyatınızın mənası dəyişəcək. Xoşbəxtlik öz əlinizdədir.

Şir - Çox gözəl gündür, həm yeni layihələrin başlanması, həm də köhnələrin davam etdirilməsi üçün münasib vaxtdır. İşgüzar potensialınız yüksəkdir. Əgər peşəkar sahədə qarşınıza hansısa yüksək bir məqsəd qoysanız, onu əldə etməkdə kimsə sizə mane ola bilməz. Yeni iş ortaqları tapa bilərsiniz. Biznesmen Şirlər öz işlərini genişləndirə bilərlər.

Şəxsi münasibətləriniz də əladır. Əhvalınız gözəldir, insanlarla rahat dil tapırsınız. Axşama romantik görüş təyin elə bilərsiniz, çox gözəl keçəcək.

Qız - Səhəriniz əla başlayır. İstənilən işi uğurla başa çatdırırsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaqda sizə heç kim və heç nə mane ola bilməz. İstənilən maneəni çətinlik çəkmədən yolunuzdan kənarlaşdırırsınız. Səfərlər, əcnəbilərlə danışıqlar, xarici ölkə nümayəndəliklərində görüşlər əla keçəcək.

Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər mümkündür. Liderlik xüsusiyyətiniz bu gün parlaqdır. Ətrafınızdakılar sizi özlərinə nümunə hesab edirlər. Bu, bir qədər məsuliyyətinizi artırır, amma bir tərəfdən də sizi sevindirir.

Tərəzi - Bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər.

Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur.

Əqrəb - Çətin olacaq. "Qara zolağ"ın tezliklə geridə qalacağının fərqindəsiniz. Əgər qətiyyətli olub fəaliyyətə başlamasanız, uğursuzluqlar uzandıqca uzanacaq.

Xoşbəxtlikdən köhnə dostlarınızın, qohumlarınızın dəstəyinə güvənə bilərsiniz. Yaxınlarınız həm sizi xoş sözlərlə ovundurur, həm də sizinlə maraqlı ideyaları ilə bölüşərək yaxşı məsləhətlər verirlər. Bunlara qulaq verməyə dəyər. Enerjiniz azdır, xəstələnmək istəmirsinizsə, özünüzü qoruyun.

Oxatan - Mürəkkəb gündür. Çox ehtiyatlı olmalı, düşünülməmiş hərəkətlərdən və ikibaşlı iradlardan çəkinməlisiniz. Bu gün özünüzə yaxşı dostlar tapa bildiyiniz kimi, güclü düşmənlər də qazana bilərsiniz - hər şey sizin davranışınızdan və şəraitə münasibətinizdən asılıdır. Eksperimentlərdən çəkinin, yoxlanılmış üsullardan istifadə edin.

Yaşlı nəsildən olan insanlarla söhbət edin, onların həyat təcrübəsi sizə faydalı ola bilər. Yeni biliklər öyrənmək, bacarıqlarınızı təkmilləşdirmək, dünyagörüşünüzü genişləndirmək üçün münasib gündür. Günün ikinci yarısı tanışlıqlarda ehtiyatlı olun.

Oğlaq - Uğursuz günlər seriyasının birincisidir. Çalışın, səhv etməyəsiniz - onların nəticəsi çox ağır ola bilər. Planlaşdırılmamış alış-verişdən, əyləncəyə pul sərf etməkdən çəkinin. Pullarla risk etməyin. Səfərlərə çıxmaq məsləhət deyil. Əgər bunu mütləq etməlisinizsə, o zaman yola günorta çıxın.

Axşam səhhətiniz pisləşə, başınız ağrıya bilər. Yuxusuzluq problemi də mümkündür. Gərginlikdən çəkinin. Təmiz havada olmağa çalışın.

Dolça - Mənfi tendensiyaların təsiri güclüdür. Amma bunların öhdəsindən gəlmək şansınız var. Bunda sizə məntiq və soyuqqanlılıq kömək edəcək. Düşünülməmiş hərəkətlərdən və iradlardan çəkinin. Pul xərcləmək, alış-verişə iri məbləğ sərf etmək məsləhət deyil.

Yaşlı qohumlarınızla münasibətləriniz korlana bilər. Sizə elə gəlir ki, onlar sizi problemlərinizlə yalnız qoyublar. Bir çox Dolçalar tanışlıq dairələrini genişləndirməyə çalışırlar. Yeni tanışlardan çəkinin, sonra onlara görə başınız möhkəm ağrıyacaq.

Balıqlar - Maraqlı hadisələrlə dolu bir gün gözləməyin. Ürəyiniz dəyişiklik istəyir. Sizsə rutin və cari işlərlə qane olmalısınız, bu da təbii ki, cansıxıcıdır. Hesablamalarda səhvlər etməyiniz mümkündür. Bəzi Balıqları təftiş və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə xoş olmayan görüş gözləyir.

Enerjiniz çoxdur, amma buna baxmayaraq, orqanizminizi gücə salmayın. Qidadan zəhərlənmək ehtimalınız var, allergik reaksiyalar mümkündür

3 may 2019
GO BACK