Azərbaycan, Belarus və Qazaxıstan rusiyalı turistlərin may bayramı tətili günlərində MDB və yaxın xaric üzrə səfər edəcəkləri ölkələrin reytinq cədvəlinə başçılıq edir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə “RİA-Novosti”yə “TurStat” turizm agentliyindən məlumat verilib.
Analitik agentlik MDB-nin səyahət üçün ən çox aranan şəhərlərinin siyahısını tərtib edib. Şəhərlərin reytinqi may turlarının populyarlığının təhlilinə əsaslanır.
Siyahının lideri Azərbaycanın paytaxtı Bakı olub. Belarusun paytaxtı Minsk ikinci, Qazaxıstanın paytaxtı Nur-Sultan üçüncü yeri tutub. Siyahıda növbəti yerlərdə Ermənistanın paytaxtı İrəvan, Qazaxıstanın Alma Ata şəhəri, Özbəkistanın paytaxtı Daşkənd, Qırğızıstanın paytaxtı Bişkek, Moldovanın paytaxtı Kişinyov, Tacikistanın paytaxtı Düşənbə, Türkmənistanın paytaxtı Aşqabad qərarlaşıb.
Agentliyin məlumatına görə, turistlər may ayında MDB şəhərlərinə orta hesabla 3-5 günlüyə gedirlər. İstirahət edənlər MDB ölkələrində tur səfərləri zamanı ərzaq və yaşayış üçün gün ərzində 60-120 dollar xərcləyirlər.
MDB ölkələrinə ən ucuz səfərlərə gəldikdə respondentlərin Kişinyovu tərcih etdikləri, alış-veriş üçün isə daha çox Bakını seçdikləri məlum olub