Qadin.NET / "Eurovision" təmsilçiləri DNT analizi veriblər

"Eurovision" təmsilçiləri DNT analizi veriblər

"Eurovision" təmsilçiləri DNT analizi veriblər


Rusiyanı bu il "Eurovision" yarışmasında təmsil edəcək Sergey Lazarev açıqlaması marağa səbəb olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, musiqi yarışmasına qatılan bütün iştirakçılar DNT analizi verməlidirlər. Bu, layihəyə sponsorluq edən şirkətlərdən birinin tələbidir. Onlar bu yolla iştirakçıların hansı millətə ail olduğunu araşdıracaqlar. 
Sergey "İştirakçıların hamısı bu analizi veriblər. Hətta onlar analizin mediada yayımlanmasına icazə verdiklərinə dair sənəd imzalayıblar" sözlərini qeyd edib. 
Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsi mayın 14-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq. Yarışmada ölkəmizi Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edəcək

2 may 2019
GO BACK