ABŞ-da yaradılmış süni ağaclar havanın çirklənməsinin qarşısını ala bilər. Yeni texnologiya havanın mexaniki sorulması prosesi olmadan atmosferdən karbonu çəkməyə imkan verir.
Qadin.Net teleqra-a istinadən xəbər verir ki, küləyin axınlarını filtrdən keçirən texnologiya karbonun molekullarını özünə çəkir və onu yenidən istifadə etməyə imkan verir. Texnologiya CO2-nin atmosferdən çəkilməsinin ən ucuz üsulunu təklif edir: 1 ton üçün 100 dollardan az vəsait tələb olunur.
Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbonun atmosferdən çəkilib saxlanılması qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizədə kömək edəcək