Məşhur müsəlman model Həlimə Aden gözəlliyi ilə dünyaya səs salıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müsəlman model Həlimə Aden ABŞ-ın məşhur “Sports Illustratede” jurnalı üçün kamera qarşısına keçib. Model 65 illik tarixi olan jurnala burkini (hicablı qadınlar üçün çimərlik paltarı) ilə poza verən ilk müsəlman qadın olub. Bu, həm “Sports Illustrated” jurnalı, həm də müsəlman dünyası üçün yenilikdir. Çəkilişlər modelin bir müddət yaşadığı Keniyada baş tutub.
Həlimə Aden bildirib ki, bu çəkiliş sayəsində Keniyadakı Qaçqın Düşərgəsində keçən uşaqlıq illərinə təkrar qayıdıb: "Keniyanın ən gözəl yerlərində çəkiliş aparmaq üçün buradayam. Bu, sözün əsl mənasında gerçəkləşən bir yuxudur. Hisslərimi ifadə etmək mümkün deyil”.
“Sports Illustrated Swimsuit” redaktoru MJ Dey isə deyib ki, "Gözəlliyin sərhəd tanımadığına inanırıq: "Həliməyə heyranam. UNİSEF-də xoşməramlı səfiri kimi çalışır. Onun ilhamverici bir qadın olduğunu düşünürəm. Zamanımızın ən böyük gözəlliklərindən biridir. Zəkasına, çoşğusuna və enerjisinə heyranam. Həlimə jurnala hicab və burkinisiylə poza verən ilk müsəlman model oldu" , - deyə etiraf edib.
21 yaşlı Həlimə hicab bağlamasına baxmayaraq, son bir neçə ildə ABŞ-da ən çox tələb olan modellərdən biridir