Qadin.NET / Kliniki ölüm keçirdi həyat tərzini dəyişdi

Kliniki ölüm keçirdi həyat tərzini dəyişdi

Kliniki ölüm keçirdi həyat tərzini dəyişdi


"Ölümdən sonra nə olacaq?" sualını 10 dəqiqə ərzində klinik ölüm keçirən gənc cavablandırıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, öldükdən sonra insanların nə baş verdiyinə dair bir çox mülahizələri və inancları var. Bəziləri hər şeyin bitəcəyini düşünsə də digərləri  həyatın davam edəcəyinə inandığını söylüyür. Bununla bağlı fərqli fikirlər mövcud olsa da, 21 yaşlı bir gəncin qarşılaşdığı həyat hadisəsi insanı bir qədər düşünməyə vadar edir.

"Reddit" proqram  istifadəçisi Luongscrim öz şəxsi təcrübəsinə əsaslananaraq ona gələn sualları cavablandırıb. Adı çəkilən şəxs 3 İyul 2017-ci il tarixində infakt keçirir və klinik olaraq ölür.

Əlbəttə ki, hamını maraqlandıran ilk sual öləndə gördüyü şeyin nə olduğu ilə bağlı idi. İstifadəçinin cavabı isə sadə idi: Heç bir şey.

Luongscrim öldükdən sonra tanrılar, ruhlar, ölü qohumlar, xatirələr və ya qaranlıq ilə qarşılaşmadığını  və ümumən heç bir şeyin olmadığını söyləyib.

Bəzən var olduğunu bəzən isə  var olmadığını hiss edən  Luongscrim özünü orada uzun saatlar keçirmiş kimi hiss etdiyini bildirib. İstifadəçi həyata aid heç bir əlamət görməsə də ölümdən sonrakı həyatın var olmasına inamının tamamilə yox olmadığını da qeyd edib.  "Reddit" istifadəçisi bu hadisədən sonra  həyata baxış tərzinin dəyişdiyini və daha vacib məsələlərlə məşğul olmağa yönəldiyini  də vurğulayıb

Kliniki ölüm keçirdi həyat tərzini dəyişdi


30 aprel 2019
GO BACK