Qətərin İqtisadiyyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətilə 500-dən çox məhsulun qiymətində endirim edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, endirim olunan məhsulların siyahısı iri ticarət mərkəzlərinə təqdim olunub.
“Bu təşəbbüs əsas supermarketlərlə razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir”, - nazirliyin məlumatında bildirilib.
Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da əlavə edilib.
Nazirlik alıcılara müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərdə hər hansı narazılıq olarsa, dərhal məlumar versinlər.