Türkiyəli kino ulduzu Hazal Kaya cəlbedici geyimi ilə diqqət çəkib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən Nyu-Yorkda, Tribeca Film Festivalında Cenk Ərtürkün ssenarisi və rejissorluğu əsasında çəkilən "Nuh Təpəsi" filmin təqdimat mərasimi keçirilib. Sözügedən ekran işində Haluk Bilginer, Ali Atay və Hande Doğandemirin rol alıb.
Ali Atay qala gecəsinə həyat yoldaşı Hazal Kaya ilə birlikdə qatılıb.
Hazal Kayanın mərasimdə geyindiyi zebra naxışlı libası diqqət çəkib. O, obrazını qalın kəmərlə tamamlayıb