Məşhur komediya aktyoru Şahan Gökbakar verdiyi çəki ilə gündəm mövzusu olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, xüsusi pəhriz sisteminə riayət edən aktyor 5 ayda 28 kilo verib.
"Son zamanlar ən çox eşitdiyim suallar arıqlamağımla bağlıdır. Çoxları mədə kiçiltmə əməliyyatı etdirdiyimi düşünür. Ele bir şey yoxdur. Mən sadəcə qidalanma tərzimi dəyişmişəm. ketojenik pəhriz edirəm" deyə, Şahan bildirib