Qadin.NET / Çin aya insan göndərəcək

Çin aya insan göndərəcək

Çin aya insan göndərəcək


Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay missiyasını həyata keçirməyi planlaşdırır.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Çin Dövlət Kosmik İdarəsinin rəhbəri Çjan Keszyan belə bəyanatla çıxış edib.

İdarənin rəhbəri, həmçinin bildirib ki, Çinin "Çanye-5" zondu cari ilin sonunadək Ayın torpaq nümunələrini Yer kürəsinə gətirməlidir və bu nümunələr Mao Tszedunun vətəni olan Şaoşanda saxlanılacaq.

Bundan başqa o öz çıxışında qeyd edib ki, Çin 2020-ci ildə ilk Mars zondunu buraxacaq.

Xatırladaq ki, Çin 24 aprel 1970-ci il tarixində dünya kosmik dövlətlər klubuna qoşulub.

2016-cı ildən etibarən aprelin 24-ü Çində Kosmonavtika Günü kimi qeyd olunur



26 aprel 2019
GO BACK