Müğənni Jastin Biberlə ayrıldıqdan sonra sükuta qərq olan Selena Qomez uzun müddətdən sonra ilk dəfə müsahibə verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, müğənni depressiya ilə əlaqədar müalicəsini davam etdirir. Sosial şəbəkələrdən uzaqlaşan ifaçı insanların onu “gözəl” adlandırmasını istəmir.
"İnsanların gözəlliyimə görə deyil, məni mən olduğum üçün sevmələrini istəyirəm. Psixoterapiyalar məni uşaqlıqdan bəri narahat edən düşüncələrdən də qurtarıb. Hazırda yalnızam. Nəhayət ki, mən yalnızlıqdan zövq alacaq yaşa çatmışam" deyə, müğənni bildirib.
Selena fanatlarına bu il yeni albom çıxaracağı müjdəsini də verib