Qadin.NET / Yeni Planet Aşkarlandı

Yeni Planet Aşkarlandı

Yeni Planet Aşkarlandı


Elm insanları Dünyaya ən yaxın kənar planet "Proksima b"-yə qonşu başqa bir kənar planetin varlığına dair dəlillər tapdı.

İtaliyanın Torino Universitetindən astronomiya alimi Mario Damasso ilə Yunanıstanın Qirit Universitetindən Fabio Deş Sordo, ABŞ-ın Kaliforniya Universitetinin təşkil etdiyi "Breakthrough Discuss" konfransında etdikləri təqdimatda, "Proksima c" olaraq adlandırdıqları potensial kənar planetə dair tapıntılarını paylaşdı.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Çilidə La Silla Rəsədxana Yüksək Qətilikli Dairəvi Sürət Planet Araşdırma Vasitəsinin (HARPS) məlumatlarını istifadə edən araşdırmaçılar, Dünyaya ən yaxın kənar planet "Proksima b"-nin ətrafında döndüyü qırmızı kiçik ulduz Proksima Sentavrın orbitindəki başqa bir planetin varlığına işarə edən kütlə çəkiliş hərəkətlərinin qeydə keçirildiyini bildirdi.

Elm adamları, söz mövzusu hərəkətlərin Proksima b-yə qonşu potensial bir kənar planetin varlığına işarə ola biləcəyini ifadə etdi.

Damasso varlığının sübut edilməsi halında göy elm adlandırmalarının məntiqi uyğun olaraq "Proksima c" deyilməsi lazım olan planetin hələlik "yalnız bir kənar planet namizədi" olduğunu vurğuladı.

Dünyaya 4,24 işıq ili uzaqlıqdakı Proksima Sentavr ulduzu 1915-ci ildə Skoç astronomiya alimi Robert İnnes tərəfindən kəşf edilmişdi

23 aprel 2019
GO BACK